25 minlik mükafat tanınmış cütlüyə çatdı – Video

0
443

Şərqi Avropanın kino aləmində böyük nüfuza malik 54-cü Beynəlxalq Karlovı Vari kino festivalı yekunlaşıb.

Festivalda “Ata” filmi “Kristal Qlobus” mükafatına (25 min ABŞ dolları) layiq görülüb. Həmin filmin rejissorları Petar Valxanov və Kristina Qrozeva cütlüyüdür.

Bərabər 3 film çəkən cütlük mükafatlandırma mərasiminə qızı ilə qatılıb.

“Mükafat aldığımıza görə çox sevinirik. Bu, ayrı zövqdür, söz tapa bilmirik. Mən 15 il əvvəl kino aləmində ilk addımlarımı atırdım, indi isə biz hamımız buradayıq, ailəlikcə mükafat alırıq”, – deyə P. Valxanov bildirib.