Azərbaycanda parklanma yerləri ilə bağlı YENİ QƏRAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası”nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, kvota aşağıdakı kimidir:

Tikinti obyektlərinin təyinatıTikinti obyektləri üçün parklanma yerlərinin minimal sayı(avtomobil-yer)
1. Yaşayış binaları 
1.1. Çoxmənzilli yaşayış binalarıhər mənzil üçün 1 yer, ümumi sahəsi 180 m2 və bundan yuxarı olan hər mənzil üçün 1,3 yer
1.2. Fərdi yaşayış evlərihər ev üçün 1 yer
2. İdarəetmə, hüquq və maliyyə-kredit təşkilatları, ofis binaları və otaqları 
2.1. Dövlət orqanları (qurumları) üçün binalarümumi sahənin hər 75 müçün 1 yer
2.2. Yerli özünüidarəetmə orqanları üçün binalarümumi sahənin hər 100 m2 üçün 1 yer
2.3. İş mərkəzləri, sığorta və hüquq təşkilatları, ofis binaları və otaqlarıümumi sahənin hər 50 müçün 1 yer
2.4. Banklar və maliyyə-kredit təşkilatlarıümumi sahənin hər 50 müçün 1 yer
2.5. Çoxfunksiyalı bina və komplekslər *binanın müxtəlif funksiyalı hər bölməsi üçün bu cədvələ uyğun olaraq ayrıca müəyyən edilir
3. Təhsil müəssisələri, elmi və layihə təşkilatları 
3.1. Məktəbəqədər təhsil müəssisələriümumi sahənin hər 300 m2 üçün 1 yer
3.2. Ümumi təhsil müəssisələriümumi sahənin hər 300 m2 üçün 1 yer
3.3. İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələriümumi sahənin hər 200 m2 üçün 1 yer
3.4. Təlim-tədris və hazırlıq kurslarıümumi sahənin hər 300 m2 üçün 1 yer
3.5. Elmi, elmi-tədqiqat və layihə təşkilatlarıümumi sahənin hər 170 m2 üçün 1 yer
4. Səhiyyə müəssisələri 
4.1. Poliklinikalar və digər ambulator tipli müəssisələrümumi sahənin hər 100 m2 üçün 1 yer
4.2. Xəstəxanalar və digər stasionar tipli müəssisələrhər 5 çarpayı üçün 1 yer
5. Ticarət obyektləri 
5.1. Mağazalar (ayrıca yerləşən və ümumi sahəsi 200 m2-dən çox olan)ümumi sahənin 200 m2-dən çox olan hər 50 m2 hissəsi üçün 1 yer
5.2. Bazarlar və topdan satış mərkəzləriümumi sahənin hər 100 m2 üçün 3 yer
6. İaşə obyektləri və mehmanxanalar 
6.1. Restoranlarümumi sahənin hər 50 m2 üçün 1 yer
6.2. Kafeteri və çayxanalarümumi sahənin hər 75 m2 üçün 1 yer
6.3. Şadlıq sarayları və mərasim zallarıümumi sahənin hər 30 m2 üçün 1 yer
6.4. Mehmanxanalar və digər növ yerləşdirmə obyektlərihər 15 çarpayı üçün 1 yer
6.5. Motellərotaq sayının ən azı 80%-i üçün yer
7. Mədəniyyət və dini obyektlər 
7.1. Kinoteatr, teatr, sirk, konsert və konfrans zallarıhər 10 oturacaq üçün 1 yer
7.2. Kitabxanalar, rəsm qalereyaları, muzeylər və sərgi salonlarıümumi sahənin hər 350 m2 üçün 1 yer
7.3. Məscidlər, kilsələr, sinaqoqlar və digərləriümumi sahənin hər 100 müçün 1 yer
8. İdman və əyləncə obyektləri 
8.1. Tamaşaçı yerləri olmayan idman obyektləri (məsələn məşq bazaları)idman sahəsinin hər 200 m2 üçün 1 yer
8.2. Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlarhər 20 oturacaq üçün 1 yer
8.3. Tamaşaçı yerləri olmayan oyun və idman zalları (fitnes, idman və məşq zalları)ümumi sahənin hər 100 m2 üçün 1 yer
8.4. Tamaşaçı yerləri olan oyun və idman zallarıümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer
8.5. Açıq üzgüçülük hovuzları, akvaparklarhovuzun hər 10 m2 sahəsi üçün 1 yer
8.6. Tamaşaçı yerləri olmayan qapalı üzgüçülük hovuzlarıümumi sahənin hər 100 m2 üçün 1 yer
8.7. Tamaşaçı yerləri olan qapalı üzgüçülük hovuzlarıümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer
8.8. İstirahət və əyləncə obyektləri (əyləncə mərkəzləri, oyun avtomatları zalları və s.)ümumi sahənin hər 30 müçün 1 yer
9. Kommunal obyektlər 
9.1. Hamamlar, saunalarümumi sahənin hər 35 müçün 1 yer
10. Nəqliyyat obyektləri 
10.1. Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlarhər 10 sərnişin üçün 1 yer
10.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və stansiyalarıümumi sahənin hər 40 m2 üçün 1 yer
11. İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) obyektləri 
11.1. Sənaye və elmi-istehsalat müəssisələriümumi sahənin hər 150 m2 üçün 1 yer
11.2. Logistika (anbar) obyektləriümumi sahənin hər 250 m2 üçün 1 yer
12. Rekreasiya əraziləri və istirahət obyektləri 
12.1. Çimərliklər və parklarhər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer
12.2. Meşə-parklar və qoruqlarhər 100 eyni zamanda gələn ziyarətçiyə 7 yer
12.3. İstirahət evləri və bazaları, sanatoriyalar, sanatoriya-profilaktoriyalar və turist bazalarıhər 100 istirahət edən üçün 10 yer
12.4. Kurortlar, pansionatlar, təbii müalicəvi sağlamlıq mərkəzləri (termal kurortlar)otaq sayının ən azı 25%-i üçün 1 yer
13. Qəbiristanlıqlar 
13.1. Qəbiristanlıqlarhər 1 hektar ərazi üçün 10 yer

Komitənin Ümumi işlər və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.