30.11.2021-ci il Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində Şəhid olan qəhrəmanlarımızın şəhadətə ucalmaqlarından dörd il ötür.
Bu gün çarəsizlikdən ürəyim köz-köz oldu. Bu gün Şəhidlər üçün ağlayan gözlərin göz yaşlarında boğuldum. Hər dəfə daha da ağırlaşır bu dərd. Sanki ürəyimin təpəri qalmayıbmış kimi hiss edirəm. Ayaq üstə güclü görünməyə çalışıram, ancaq daxilən necə yıxıldığımı Şəhidlərim görürlər. Mən belə yanıramsa bir də Şəhid doğmaları necə yanır. Hər ürəyin çəkdiyi ağrını o ürəyin sahibi bilir. Allah Şəhid dərdli ürəklərə dözüm versin. Şəhidlərimizin ruhları şad olsun. #manyasəxavətqızı#vətənfədailəri#qaraheybətfaciəsi#şəhid#AnımGünü









