12 ildir şirkət tərəfindən əziyyət çəkən ana yenidən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Rasim Məmmədova müraciət edib. O, üzləşdiyi haqsızlıqlar və aldığı təhdidlərlə bağlı Rasim Məmmədovu məlumatlandırıb.
Rasim Məmmədov İctimai Nəzarət Koalisiyasının işinə xitam verildiyi üçün və təşkilatın fəaliyyət istiqaməti nəzərə alınaraq, bu məsələdə birbaşa yardım edə bilməyəcəyini bildirib. O, eyni zamanda qeyd edib ki, ölkəmizdə dövlət tərəfindən böyük işlər görülür və bu istiqamətdə fəaliyyət göstərmək üçün dövlətin səlahiyyətli qurumları mövcuddur.
Bundan əlavə, Rasim Məmmədov Oktyabrın 3-də dövlət tərəfindən qadının hüquqlarının tanındığını və ona 200.000 manat təzminat ödənilməsi qərarının verildiyini qeyd edərək, onu bu münasibətlə təbrik edib. O, həmçinin şəhid ailələrinə dəstək məsələsinin onun səlahiyyətində olmadığını da vurğulayıb.






