Təxminən 10 ildir Mars orbitində atmosfer tədqiqatları aparan “Maven” kosmik gəmisi ilə rabitə kəsilib.
Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) bəyanat yayıb.
Bildirilib ki, həftəsonu yerüstü stansiyalara məlumat göndərməyi qəfil dayandıran “Maven” Marsın arxasından keçməzdən əvvəl normal işləyib. Qırmızı Planetin arxasından yenidən görünən “Maven”dən sonradan heç bir siqnal alınmayıb.
Kosmik gəmi ilə rabitənin kəsilməsinin səbəbi araşdırılır.
Qeyd edək ki, 2013-cü ildə buraxılan “Maven” 2014-cü ildə Marsa çatıb və planetin yuxarı atmosferini və günəş küləkləri ilə qarşılıqlı təsirini öyrənməyə başlayıb.




