Vilayət Eyvazov dünya çempionunu rəis təyin etdi

0
325

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Sadiq Heydərov həm də ağır atletika üzrə keçmiş dünya çempionudur.

Eyvazov dünya çempionunu rəis təyin etdi