Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

0
333

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi tapılıb.

Kəlbəcər rayonunun Seyidlər kənd sakini, 1999-cu il təvəllüdlü E.Verdiyevin nəşi Murovdağ ərazisində tapılıb.

Onun ailəsi Göygöl rayonunda yaşadığından şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Verdiyev müharibənin ilk günündə itkin düşmüşdü.

Allah rəhmət eləsin!