Türkiyənin növbəti hərbi istehkamçıları Azərbaycana gəlib – YENİLƏNİB+FOTO/VİDEO

0
299

Türkiyənin növbəti hərbi istehkamçıları Azərbaycana gəlib.

Bu barədə Müdafiə Naziliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlib.

Türkiyəli hərbi mütəxəssislər işğaldan azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi işini həyata keçirəcək.

16, dekabr 19:16

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizləmək üçün Türkiyədən Azərbaycana hərbçilərdən ibarət növbəti qrup gəlib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, bunun üçün 136 hərbi qulluqçu ölkəmizə yola düşüb.