Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 198 nəfər saxlanıldı

Türkiyənin 34 vilayətində eyni vaxtda keçirilən əməliyyatlarda 273 şübhəli haqqında cinayət işi başlanıb, 198 şübhəlinin barəsində həbs qərarı çıxarılıb.

Bunu ölkənin ədliyyə naziri Akın Gürlek bildirib.

Nazir vurğulayıb ki, Prezident Ərdoğanın rəhbərliyi altında “Terrorsuz Türkiyə” devizinə uyğun olaraq terrorizmə qarşı mübarizə qanunun aliliyi çərçivəsində və qətiyyətlə davam etdiriləcək.