Türkiyə bu qərarı alqışladı: Azərbaycan və Ermənistan arasında sülh prosesində…

Türkiyə ATƏT-in Minsk qrupunun buraxılmasını alqışlayır.

Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Biz ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk qrupunun bağlanması və onun strukturlarının ləğvi ilə bağlı qəbul etdiyi qərarı alqışlayırıq.

İki ölkənin birgə səyləri nəticəsində mümkün olan bu tarixi qərar Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm mərhələlərdən biri oldu”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.