Türk Dünyasının Şəhid Ailələri Arasında  Əlaqələrin İnkişafı 

Bu gün Nizamlı Kino Mərkəzində Zəfər Şəhid Ailələrinə Dəstək İctimai  Birliyinin  Türk dünyasının şəhid ailələri  arasında əlaqələrin inkişaf  adlı tədbir keçirildi 

Tədbirdə Türkiyədən gəlmiş şəhid ailələri, Antiterror şəhid ailələri, Millət vəkilləri,  şəhid övladları, jurnalistlər, hərbçilər, qazilər, Azərbaycanin Xalq artistləri, Ali məktəb tələbələri,idarə və təşkilat rəhbərləri  iştirak etmişdir.

Əvvəlcə Azərbaycan , Türkiyə respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri təşkil edən Zəfər Şəhid Ailələrinə Dəstək İctimai  Birliyinin  rəhbəri Sevinc Orucova çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.

Türkiyədən gəlmiş şəhid ailələri çıxış üçün söz verildi,. Onlar bildirdilər ki,” Zəfərimiz ” mübarək olsun. Türkiyə Azərbaycan qardaşlığı var olsun.

“Antiterror”əməliyyatı zamanı şəhid olmuş hərbçilərimizin  və Türkiyə şəhidlərinin vidocarxlari nümayiş edilmişdir.

Tədbirin  rəsmi hissəsi bədii hissə ilə davam etmişdir.. Azerbaycan Xalq artistləri vətənpərvərlik ruhunda musiqilər ifa  etmişdir.

Tədbirin sonunda Azərbaycan şəhid ailələri Türkiyədən gəlmiş şəhid ailələrinə Şuşanın simvolu olan “Xarıbülbül” şəkillərin hədiyyə edilmişdir .

Tədbir alqışlarla qarşılandı.

Allah rəhmət eləsin şəhidlərimizə 

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri