Sumqayıt bulvarının zibilliyə çevrilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

0
430

Sumqayıt Şəhər İcra Hakimiyyəti dənizkənarı bulvarın yaxınlığındakı ərazinin zibil poliqonuna çevrilməsi haqqında məlumata münasibət bildirib.

Qurumdan  bildirilib ki, Sumqayıt bulvarının genişləndirilmiş hissəsinə yaxın ərazidə hazırda tikinti işləri davam etdirilir:

“Ərazidə yeni infrastruktur yaradılır. Dəniz kənarında olan, eləcə də, suyun çəkilməsi nəticəsində üzə çıxan daşlar da mütəmadi olaraq sahildə toplanaraq, ərazidən daşınır”.

“Təmir-tikinti işləri ilə əlaqədar toplanmış tullantıların daşınması hər gün həyata keçirilir və yaxın günlərdə ərazinin təmizlənməsi işləri yekunlaşacaq”, – deyə məlumatda qeyd edilib.