Sülhməramlı komandan niyə dəyişdi?

0
312

Sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycanı narahat edən məqamlar çoxdur. Son dəfə isə “Vahid Rusiya” partiyasından Vitali Milonovun Xankəndiyə qanunsuz səfəri ilə bağlı narazılıq Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə Rusiya tərəfinə çatdırıldı. Hesab edirəm ki, əsas səbəblərdən biri budur.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev açıqlamasında Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının komandanlığının tez-tez dəyişdirilməsi ilə bağlı danışarkən deyib.

“Komandanlığın tez-tez dəyişdirilməsinə baxmayaraq, sülhməramlılar 10 noyabr bəyanatının 4-cü bəndini yerinə yetirməyib, yəni hələ də ərazimizdə olan qanunsuz erməni silahlı birləşmələri torpaqlarımızdan çıxarılmayıb. Əslində komandanlıqda dəyişiklik altı aydan bir olmalıdır. Lakin bunun belə tez-tez baş verməsi Azərbaycan və Rusiyanı narahat edən məqamların çoxluğundan xəbər verir”.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlılarının komandanı dəyişib. Bundan sonra sülhməramlılara Andrey Volkov rəhbərlik edəcək. O, 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun müavini olub.l