Sentyabrın 7-də milyonlarla telefon eyni anda zəng çalacaq

Böyük Britaniya hökuməti fövqəladə hallara qarşı xəbərdarlıq sistemini yenidən sınaqdan keçirəcək.

Sentyabrın 7-də saat 15:00-da ölkə üzrə milyonlarla mobil telefon eyni vaxtda təxminən 10 saniyə ərzində siqnal verəcək və titrəyəcək.

İstifadəçilərin ekranlarında “Bu, yalnız bir sınaqdır” mesajı görünəcək. Məqsəd zəlzələ, daşqın, fırtına və digər fövqəladə vəziyyətlərdə vətəndaşlara saniyələr ərzində xəbərdarlıq göndərərək insan itkisinin qarşısını almaqdır.

Qeyd edək ki, sistem ilk dəfə 2023-cü ildə sınaqdan keçirilib.