Samuxda yük maşını çaya aşdı, bir nəfər suda boğuldu

Samuxda “MAZ” çaya aşıb.

Hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib

Hərəkətdə olan “MAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, “MAZ”da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Faktla bağlı araşdırma aparılır.(APA)