Rusiyada meşə yanğınlarına görə 100-dən çox insan təxliyə edildi – FOTO/VİDEO

0
298

Rusiya Fövləqadə Hallar Nazirliyinin aviasiyası Yakutiyada meşə yanğınları baş verən yaşayış məntəqələrindən son bir gündə 100-dən çox insanı təxliyə edib.

TASS-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.

Məlumata görə, Aviasiya departamenti gün ərzində altı uçuş həyata keçirib və 108 nəfəri daşıyıb.

Ümumiyyətlə regionda meşə fondu torpaqlarında termal qaynar nöqtələrin sayı 117-dən 108-ə düşüb.