Rusiya Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Konstantinovkada həlak olmuş ukraynalı hərbi qulluqçuların meyitlərinin təhvil verilməsi üzrə humanitar aksiya keçirməyə hazırdır”, – məlumatda bildirilib.
Vurğulanıb ki, Rusiya iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək (Bakı vaxtı ilə 13:00-19:00) Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edir.
Qeyd edək ki, daha öncə rus ordusunun Donetsk vilayətinin Konstantinovka şəhərini tamamən nəzarətə götürdüyü xəbəri yayılıb. Ukrayna isə bu məlumatı təkzib edib.




