Rusiya ilə NATO arasında müharibə təhlükəsi: Türkiyədən xəbərdarlıq

Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə ehtimalı azdır, lakin mümkün təxribatlara görə sıfıra bərabər deyil.

Bu fikirləri müsahibəsində türkiyəli politoloq Həsən Ünal deyib.

“Mən belə nəticənin böyük ehtimalını görmürəm. Amma təbii ki, təhlükələr də var. Baltikyanı ölkələr, eləcə də Polşa keçmişdə Rusiya və ruslarla böyük problemləri olan elitanın nəzarəti altındadır. Baltikyanı ölkələr təxribatlar üçün əlverişlidir. Onların vasitəsilə Rusiyaya pilotsuz uçan aparatdan hücum təşkil etmək olar”, – deyə H.Ünal bildirib.

Onun sözlərinə görə, Rusiyanın cavab tədbirləri görmək hüququ olacaq, bundan sonra NATO Nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin tətbiqi məsələsi yarana bilər.