Rusiya helikopteri Türkiyə sərhədində qəzaya uğradı

0
299

Suriyanın Haseke şəhərindəki Tel-Tamer qəsəbəsinin şimal-qərbində Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı xəbər yayılıb.

Helikopterin Tel-Tamer qəsəbəsi yaxınlığında yerləşən Rihaniyyə və Qasımiyyə kəndləri arasındakı bölgəyə düşdüyü iddia edilib.

Sözügedən bölgə Türkiyə ilə sərhədə yaxınlığıyla tanınır.

Hadisənin detalları barədə məlumat yoxdur.