Rusiya hərbçiləri daha bir yaşayış məntəqəsini nəzarətə götürdülər

Rusiya Federasiyasının Silahlı Qüvvələri Sumı vilayətinin (Ukrayna) Qrabovskoye kəndini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, RF ordusu Sumı vilayətinin Mıropolye və Sadki kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə zərbələr endirib.