Pakistana məxsus “KTA1732” reys nömrəli “Boeing 737” tipli yük təyyarəsi BƏƏ-nin Şarja şəhərindən Kəraçiyə uçuş zamanı radarlardan itib.
Bu barədə Pakistan Hava Limanları İdarəsi (PAA) məlumat yayıb.
Bildirilib ki, təyyarə ilə yerli vaxtla saat 21:32-də əlaqə kəsilib. Təyyarə Kəraçidən təxminən 555 kilometr aralıda, Bəlucistan əyalətinin Ormara sahilləri yaxınlığında itkin düşüb.
Məlumata əsasən, təyyarədə 5 ekipaj üzvü olub. Hazırda təyyarənin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir.




