Ötən il ölkədə investisiya qoyuluşunun həcmi məlum oldu

0
284

2020-ci ildə ölkədə əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 17 milyard 28,1 milyon manat təşkil edib.

Ötən il ərzində Azərbaycanda əsas kapitala yönələn vəsaitin həcmi əvvəlki illə müqayisədə 8,3 faiz azalıb.

Belə ki, qeyri neft-qaz sektoruna investisiya qoyuluşunun həcmi 11 milyard 148,4 milyon manat təşkil edib və bu, 2019-cu illə müqayisədə 12,3 faiz az olub.

O cümlədən investisiyaların 3 milyard 1,3 milyon manatı qeyri neft-qaz sənayesinə qoyulub. Bu sahəyə sərmayə qoyuluşunun həcmi 12,1 faiz azalıb.