Molyusk yığarkən DİNOZAVR İZİNƏ RAST GƏLDİ – FOTO

0
390
Molyusk yığarkən DİNOZAVR İZİNƏ RAST GƏLDİ - FOTO

Böyük Britaniyanın Yorkşir qraflığında arxeoloq Mari Vuds dəniz kənarında nahara molyusk toplayarkən dinozavr izinə rast gəlib.

Bu barədə “Daily Mail” yazır.

Məlum olub ki, Vudsun aşkarladığı iz 150 milyon il öncəyə aiddir. Tapıntının uzunluğu 0,9 metrə yaxındır. Bu, Yorkşirdə indiyədək aşkarlanan ən ən böyük izdir.

Vuds ümid edir ki, tapıntı suya çox yaxın yerdə olsa da, onu qoruyub saxlamaq mümkün olacaq.

Qadın bu izin 3D-modelini yaratmaq üçün arxeoloq və paleontoloqlara müraciət edib. Alimlərin ehtimalına əsasən, iz 175-164 milyon il əvvəl yaşayan meqalozavra aiddir.

Megalozavranın qalıqları müasir Böyük Britaniyanın ərazisində dəfələrlə tapılıb. Bu dinozavrların boyu 9 metrə çatıb, iki ayaqları üstə gəziblər və bir tona yaxın çəkiləri olub.

Molyusk yığarkən DİNOZAVR İZİNƏ RAST GƏLDİ - FOTO
Molyusk yığarkən DİNOZAVR İZİNƏ RAST GƏLDİ - FOTO
Molyusk yığarkən DİNOZAVR İZİNƏ RAST GƏLDİ - FOTO