“Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq üçün Rusiyaya təzyiqlər artırılmalıdır”.
Bu çağırışı Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə edib .
“Rusiya dərhal və qeyd-şərtsiz atəşkəsə qarşı çıxmağa davam etdiyi üçün biz Moskvaya təzyiqi artırmaqda qərarlıyıq “, – Fransa Prezidenti yazıb.
O əlavə edib ki, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaların qəbulunu alqışlayır .
Makronun sözlərinə görə, Fransa avropalı tərəfdaşları ilə birlikdə və ABŞ- a sıx əməkdaşlıq edərək Ukraynaya dəstəyini davam etdirir.




