Məhəmməd yenidən Britaniyada ən populyar ad olub

Məhəmməd adı ardıcıl üçüncü ildir ki, İngiltərə və Uelsdə yeni doğulmuş oğlan uşaqları arasında ən məşhur ad olub. 2025-ci ildə 5 957 körpəyə bu ad verilib.

Bu barədə Böyük Britaniyanın Milli Statistika Bürosu xəbər verir .

Qurumun verdiyi xəbərə görə, Məhəmməd adı qoyulan oğlanların sayı 2024-cü illə müqayisədə 236 nəfər artıb.

Ən geniş yayılmış adların ilk beşliyinə, həmçinin Noa, Leo, Luka və Artur daxildir.