İŞİD üzvləri məhkumlar üzərində bioloji silah sınaqdan keçirib

0
301

İŞİD üzvləri İraqda məhkumlar üzərində bioloji silah sınaqdan keçiriblər.

“Al-Arabiya”nın məlumatına görə, bu barədə İŞİD Terror təşkilatının törətdiyi cinayətləri araşdıran BMT-nin istintaq qrupunun (UNİTAD) hesabatında deyilir.

Hesabatda həmçinin İŞİD silahlılarının yezidilərə (əsasən Şimali İraqda yaşayan kürd etnik-dini qrup) qarşı cinayətlərinin müharibə cinayətləri və soyqırımına bərabər olduğu qeyd edilib.

UNİTAD sənədində terror təşkilatının 2014-2016-cı illərdə dinc əhaliyə qarşı da kimyəvi silahdan istifadə etdiyi bildirilib.