İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən…

0
101

İranın vitse-prezidenti Möhsün Mənsuri İslam Respublikasının rəhbəri Seyid İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Siyasətçi vurğulayıb ki, nümayəndə heyətindən heç kim helikopter qəzasından sağ çıxa bilməyib.

Qeyd edək ki, qəzaya uğrayan helikopterdə Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmmədəli Ali Haşim də olub.