İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?

“İnfarktın bəzi əlamətləri infarkt baş verməzdən bir neçə gün əvvəl və hətta bir neçə həftə əvvəl ortaya çıxa bilər”.

Amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental infarktın bu erkən simptomları barədə xəbərdarlıq ediblər.

Əsas xəbərdarlıq siqnallarından biri kimi həkimlər sinədə vaxtaşırı yaranan və keçən ağrını və ya sinədə təzyiqi qeyd ediblər. Rocer Blumentalın sözlərinə görə, infarktdan əvvəl boyunda, çiyində, qollarda və ya çənədə ağrı və ya uyuşma, normal hərəkətlilikdən sonra qeyri-adi nəfəs darlığı, ürəkbulanma, qarında ağrı və şiddətli yorğunluq kimi hallar baş verə bilər.

Abhi Kandelval qeyd edib ki, onun xəstələrinin təxminən üçdəikisi infarktdan əvvəl bir ay ərzində sinələrində ağrı hiss etdiklərini xatırlayıblar.

O vurğulayıb ki, infarkt olduğu gün və ya bundan bir neçə gün əvvəl simptomlar daha tez-tez ortaya çıxa, daha uzun müddət davam edə və ya güclənə bilər.