İctimai Nəzarətdə yeni təyinatlar – fotolar

0
564

İctimai Nəzarət Koalisiyasının rayon təşkilatlarına yeni rəhbərlər təyin edilmiş və kadr təyinatları yenilənmişdir.
Sıraları hər gün artmaqda davam edən və əhalini narahat edən bir çox problemlərin həlli istiqamətində dayanmadan çalışan İctimai Nəzarət Koalisiyası vətəndaş cəmiyyəti platforması rolunu layiqincə həyata keçirməklə yanaşı ictimai maraqların düzgün yönləndirilməsi və təmin edilməsi ilə bağlı möhtəşəm tədbirləri ilə də daima gündəmdədir.
İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin sədri Rasim Məmmədovun yeni təşkilat rəhbərləri təyin etməsi ilə bağlı məlumatları oxucuların nəzərinə çatdırırıq.

İctimai Nəzarətdə yeni təyinatlar – fotolar

Təşkilata üzv olduğu az bir müddət ərzində ictimai fəallığı, mübariz çıxışları və əzmkar fəaliyyəti nəzərə alınaraq Loğman Həsənov İNK-nın Ağsu rayon təşkilatının qərargah rəisi təyin olunmuşdur.

İctimai Nəzarətdə yeni təyinatlar – fotolar

Həmin rayon nümayəndəliyinin rəhbəri Mahir Səfərov İNK-nın Ağsu Regional Təşkilatının Daxili Nəzarət Departamentinin sədri təyin edilmişdir.

İctimai Nəzarətdə yeni təyinatlar – fotolar

İNK-nın Ağsu rayon nümayəndəliyinin yeni rəhbəri isə bu nümayəndəliyin sədr müavini olmuş Fəxriyyə Kərimlidir.
İNK-nın Şamaxı rayon nümayəndəliyində də yeni rəhbər heyəti təyin olunmuşdur.

İctimai Nəzarətdə yeni təyinatlar – fotolar

İNK-nın Şamaxı rayon nümayəndəliyinin yeni sədri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Şamaxı rayonu üzrə məsul işçisi, İnsan Resursları Mərkəzinin Operativ Müəllim Qərargahı üzvi Nuranə Məmmədovadır.
Nuranə Məmmədova Şamaxı şəhər II Cabanı kənd orta məktəbinin biologiya müəllimidir.
Onu da qeyd edək ki, Nuranə Məmmədova bir sıra digər ictimai birliklərin məsul tapşırıqlarını yerinə yetirməklə yanaşı, elmi-ictimai fəaliyyəti ilə hər zaman müsbət, fəal, etibarlı imic yaratmağa nail olmuşdur.

İctimai Nəzarətdə yeni təyinatlar – fotolar

İNK-nın Şamaxı rayon nümayəndəliyi sədrinin müavini isə Bakı şəhər “Restoranlar” şəbəkəsinin direktor müavini Mirmövsüm Eynalovdur.
Onu da qeyd edək ki, Mirmövsüm Eynalov 2012, 2013, 2014-cü illərdə Fövqəladə Hallar Nazirliyinin və DYMX-nin yanğın söndürmə üzrə keçirilmiş qarnizon yarışlarının qalibidir.