Hesablama Palatası Milli Məclisdə hesabatla çıxış edəcək

Hesablama Palatası Milli Məclis qarşısında hesabat verəcək.

Sözügedən məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçiriləcək iclasın gündəliyinə daxil edilib.

Belə ki, deputatlar Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinləyəcəklər.