GÖYLƏRİN KEŞİKÇİSİ

yanvar — şəhid hərbi pilot Rəşad Atakişiyevin doğumgünüdür
       

Şəhidimizin əziz xatirəsinə həsr olunur 

Bəziləri yerdə yaşamaq üçün doğulurbəziləri isə göylərdə izqoymaq üçün.”

Gəncədən Şəmkirə gedərkən, çox da uzaqda olmayan bir kəndvar.” Yol kənarındakı lövhədə yazılıb: “Qılıncbəyli.”

Hər dəfə oradan keçəndə içimdə qəribə bir sükut yaranır. O kəndmənim hafizəmdə Rəşad Atakişiyevin kəndi kimi qalıb.

Aeroportda səliqəli geyimli pilotları, gülümsəyən stüardessalarıgörəndə uşaq təxəyyülüm onları həmişə qəhrəman kimi qəbuledirdi. Sonralar anladım ki, o xəyallar məni aldatmırmış — onlardoğrudan da qəhrəmandırlar.

Uşaqlıqda təyyarələrə qəribə bir marağım vardı. Bakı–Moskvareysi ilə uçarkən pəncərədən baxanda buludların üstü mənə başqabir aləm kimi görünürdü — sükut, ağ işıq və sonsuz səma…
O vaxtlar tez-tez düşünürdüm: bu buludların üstündə yol necəgörünür? Pilotlar yolu necə tapır? Göyün dərinliklərində necə beləsakit və inamlı qala bilirlər?

Sanki onlar göylərdə yaşayan bir sirrin qoruyucuları idilər.

O illərdən bəri içimdə pilotlara qarşı dərin bir hörmət, sarsılmazehtiram qalıb.

***

… O gün hərbi hissədə planlı təlim uçuşu keçirilirdi. Uçuştapşırığını yerinə yetirən üç hərbi təyyarə eyni vaxtda havayaqalxdı. Hər biri öz marşrutuna uyğun hündürlükdə uçmalı, manevrtapşırıqlarını icra etməli idi.

Radioda ardıcıl siqnallar eşidilirdi — hər şey qaydasında idi. Təlimin son mərhələsində iki təyyarə bazaya geri döndü. AmmaRəşadın təyyarəsindən xəbər çıxmadı. Bir neçə dəqiqə sonra rabitətamamilə kəsildi.

Radar ekranında onun təyyarəsinin izi birdən yoxa çıxdı. Elə bilgöy onu uddu.
Axtarışlar dərhal başladı — dəniz, sahil, hava məkanları hərtərəfliyoxlanıldı. Amma heç bir iz tapılmadı.

Hərbi ekspertlər ilkin araşdırmadan sonra qəribə bir faktaçıqladılar: təyyarə havada yad bir cisimlə zədələnmişdi. Amma o cismin nə olduğu — texniki səbəbmi, başqa bir uçan obyektmi, yoxsa tam başqa bir hadisə — bu sualın cavabı bu günə qədərməlum deyil.

Xəzərin sükutu bir ay davam etdi. 

Sonra dənizin dərinliklərindən təyyarənin qalıqları tapıldı. O zaman hər kəs anladı — Rəşad göyün qəhrəmanlarından biri kimi, səssizcə və şərəflə öz yolunu başa vurmuşdu.

Günlər, aylar keçdi. Amma Qılıncbəylidə hər səhər sankigöydən bir səs gəlir — yüngül bir külək kimi, dalğalarınpıçıltısında eşidilən bir çağırış: 

“Uçuşa hazırıq…”

Anası hər axşam evin qarşısında dayanıb səmaya baxardı.

Deyirdilər, hər dəfə ulduzlar parlayanda o, Rəşadın təyyarəsiniaxtarırmış — sanki oğlunun ruhu indi ulduzların arasında uçur. Hərbi hissədə onun yoldaşları təlim zamanı səmanı görəndə biranlıq sükut edirlər. Çünki bilirlər — o, oradadır.

Xəzərin sahilində, gün batanda dəniz səthinə baxsan, bəzən eləgəlir ki, dalğaların üzərində bir təyyarənin kölgəsi keçir.

      O, indi göylərin keşikçisidir — dənizin sükutunda, küləyinsəsində, ulduzların parıltısında yaşayan bir ruh kimi.

Rəşad Atakişiyev — yerə enməyən pilot.

Göylərdə qalan, amma xalqının yaddaşına enən qəhrəman.

***

Uşaqlıqda mənim üçün göy sakitlik, azadlıq və sirr demək idi.

O vaxtlar təyyarələr buludların arasından keçəndə, sanki başqabir aləmin qapısı açılırdı. Mən düşünürdüm — kimdir o qapınınarxasında uçanlar, necə olur ki, qorxmadan səmanın dərinliyinəyüksəlirlər?

Zaman keçdi, böyüdüm, anladım: o insanların gücü təkcətəyyarədə deyil, ürəklərindəki vətən sevgisində, daşıdıqlarıməsuliyyətdə və sarsılmaz inamda imiş.

Şəhid pilot Rəşad Atakişiyev o uşaqlıq xəyallarımın canlı təcəssümü oldu — sükutun, cəsarətin və sədaqətin göylərdəki simvolu.

Bəlkə də bu hekayə bir uşaqlıq təəssüratının böyüyüb xalqyaddaşına çevrilməsinin hekayəsidir.
      Göy elə bir yerdir ki, oraya yalnız seçilmişlər uça bilir. RəşadAtakişiyev o seçilmişlərdən biri idi.

Leyla Fərat

yazıçıtərcüməçi