Fikirlərimizi təhqirlə deyil əsaslı tənqidlə bildirək…

0
1115

 

Bu günlərdə sosial şəbəkələrdə millət vəkili Fazil Mustafa ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı arasındakı qalmaqal İNK-nı narahat edir. Əvvəla, bu səviyyəli hər hansı bir şəxsin şəxsi münasibətlər zəminində dövlət səviyyəli məmuru və ya millət vəkilini ictimaiyyətə xoşagəlməz şəkildə təqdim etməsi yolverilməzdir. Əgər hər kəs öz maraqları prizmasından  istər sadə vətəndaş olsun , istərsə də dövlət məmurunu təhqiramiz şəkildə ictimaiyyətə təqdim edərsə, onda ölkədə özbaşınalıq, hərc-mərclik yaranar, ölkəni dezinformasiya dalğası bürüyə bilər. Bu isə çox pis haldır. Digər tərəfdən, hər bir insan digər bir insan haqqında danışanda əvvəlcə öz şərəf və ləyaqətini düşünməli, öz kökü və nəsli-nəcabəti, dövlət və vətən qarşısında məsuliyyəti, üzərinə düşən vəzifə və borcu, təmsil etdiyi insan qrupunun, ailənin, xalqın və dövlətin mənafeyinə nə dərəcədə yararlı olub-olmamasını nəzərə almalıdır.
Bu qalmaqalda əsas fiqurlardan olan Mehdi Səlimzadə barədə. Bu, vəzifədə olduğu müddətdə hec bir vəchlə rüşvətxorluga getməyən, şəxsi ləyaqətini və ona həvalə olunan məsuliyyəti ucuzlaşdırmayaraq daşıdığı soyadın vətəndaş dürüstlüyünə sadiq qalan namuslu bir məmur olaraq, ölkənin sosial-iqtisadi, mədəni, sivil inkşafına öhdəsindəki rayonun fəaliyyəti ilə təkan verən məmurlarimizdan biridir. Mehdi Səlimzadə möhtərəm prezidentimizin fərmanı ilə general rütbəsi alan  və bu gün də  öz vəsifəsini namusla yerinə yetirən məmurlardan biridir. O, həm də hər zaman rayon əhalisi ilə sıx təmasda olan , onların problemləri ilə maraqlanan, ugurlarina diqqət ayıran, xalqını, elini sevən bir ağsaqqal kimi rayon ictimaiyyətinin dərin hörmətini qazanmışdır.
Mehdi Səlimzadə 1980-84- cü illərdə Moskvada Azərbaycanın milli maraqları naminə çıxış edən, vətən təəssübünü çəkərək Moskva DTK-sı tərəfindən həbs olunan İldirim kisinin oğludur.Qeyd etmək lazımdır ki, bu həbsin də ulu öndərimiz Heydər Əliyevin hakim partiya orqanlarının sıralarından uzaqlaşdırılması uğrunda mübarizə aparan ermənipərəst qüvvələrin mənfur məqsədlərinin nəticəsi olduğu hər kəsə məlumdur.
Prezidentimiz İlham Əliyevə sədaqətli insanların sayını azaltmaq məqsədi daşıyan bugünkü antimilli siyasətçilər və onların əlaltılarının əməlləri sələfçilərinin haqsız yerə həbs olunan İldırım Səlimzadəni öz sağlam düşüncələrindən, vətən sevgisindən döndərə bilmədiyi kimi, onun oğlunu da vicdan, şərəf, ləyaqət yolundan sapdıra bilməyərək haqsız ittihamların qurbanı olmağına nail ola bilməyəcəkdir.
Bu gün də nə mənfur söyüş kampaniyasının əməlləri, nə əhalini it sürüsü adlandıran antimillət vəkili Fazil Mustafa Mehdi Səlimzadə kimi ləyaqətli insanları ləkələyərək öz ətrafındakı bəzi rüşvətxor icra başçılarını kölgədə saxlamaq və dövlət nəzarətindən uzaqlaşdırmaq məqsədinə nail olmayacaq.
Fazil Mustafanın özünün deputat seçildiyi rayonun fəaliyyətinin təftişi ilə məşğul olması daha məqsədyönlü olardı.
Bu gün bizim kifayət qədər əsasımız var ki bu cür saglam düşüncəli, vətənpərvər bir nəslin nümayəndəsi olan Mehdi Səlimzadəni xalq, millət və torpaq, eyni zamanda, dovlətçilik anlayışından tamamilə uzaq olan antiazərbaycançı mülahizələrdən müdafiə edək. M.Səlimzadəni qaralayanların onun qədər azərbaycanlı olmaq xoşbəxtliyinə hələ ümid yoxdur.

Rasim Məmmədov,
İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri,
İctimai xadim