Ermənilər sayı yenə qaldırdı – “Hərrac” davam edir

0
388

Noyabrın 10-a aid üçlü bəyanatın imzalanmasından sonra Ermənistanda kütləvi auksion başlayıb. Yalnız səsləndirilən rəqəmlər hansısa məhsulun qiyməti deyil, sürətlə artan ölən erməni əsgərlərinin sayıdır.Bu sözlər “Erməni patriotlar” nəşrində əks olunub. Bildirilib ki, Ermənistanın müharibədəki itkiləri 9.000, əlil olanların sayı isə 10.000 təşkil edir.

“Gənc Nikol Paşinyan 1992-97-ci illərdə erməni xalqını ac qoyan Levon rejiminin təbliğatçısı olub.

24 il keçdi və Paşinyan öz sahiblərinin işini davam etdirdi. 9000 erməni əsgərini öldürdü, 10000 əsgəri isə əlil qoydu. Beləcə müstəqil Ermənistanın tarixində əli qanlı rəhbər kimi qaldı”, – deyə nəşr yazıb.