Dünyada ərzaq qiymətləri ən yüksək həddə çatıb

Dünya üzrə ərzaq məhsullarının qiymətləri bahalaşmaqda davam edir.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında dünya birjalarında ərzaq xammallarının qiyməti 4.3% artıb.

Təşkilatın hesabatında qeyd olunur ki, hazırda ərzaq məhsulları indeksi 2014-cü ilin iyul ayından bəri ən yüksək həddə çatıb.

Ən çox bahalaşan isə dənli bitkilər, xüsusən də qarğıdalıdır.