Dövlət büdcəsində neftin qiyməti 50 dollar həcmində nəzərdə tutulub – RƏSMİ

0
280

“2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 ABŞ dolları həcmində nəzərdə turulub”.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, sosial-iqtisadi inkişaf proqnozları, pul-kredit siyasətinin əsas istiqamətləri ilə bağlı bütün sənədlər artıq Parlamentdədir.

“İlkin olaraq İqtisadi Şurada müzakirə edilən bu sənədlər bütövlükdə makroiqtisadi sabitlik platformasında və manatın mövcud məzənnəsi üzərində qurulub. Büdcə müzakirələrində siz bunun şahidi olacaqsınız”.