Coşqunun Zəfər Yolu

 Bu gün Qəbələ  Dövlət Peşə təhsili mərkəzində  Mirhəsən  Ağayev,,Cəlil Xeyirbəyin ” Coşqunun Zəfər Yolu”adli kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Qəbələ Peşə təhsili mərkəzinin tələbələri, , direktor müavini, müəllim kollektivi, şəhid ailələri, yazarlar, təşkilat rəhbərləri, şəhidin ailə üzvlərini ,yaxınları iştirak etmişdir.

Əvvəlcə Azərbaycan respublikasının  dövlət himni səsləndirilmiş, dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Kitabın müəllifləri Mirhəsən Ağayev, Cəlil Xeyirbəy kitabı haqqında məlumat vermiş, qürur hiss keçirdiyini bildirmişdilər 
 
Daha sonra şəhid valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir. 

Tədbirdə Qəbələ Peşə Təhsili Mərkəzinin tələbələri şeirlər söyləmiş,şəhidlərin uca məqamından söhbət açmışdır.

Şəhid   Coşqun Bayramov
haqqında maraqlı  videoçarx nümayiş olundu..

Tədbirin sonunda tamaşaçılara”  Coşqunun Zəfər Yolu”kitabı  hədiyyə olundu.

Tedbir alqışlarla başa çatmışdır 

Allah rəhmət eləsin şəhidlərimizə 

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri