Bu erməni qəzaya uğrayan Rusiya təyyarəsinə minməkdən imtina edib: SON ANDA – FOTO

Qəzaya uğrayan An-24 təyyarəsinin sərnişinlərindən biri uçuşdan imtina edib.

SHOT-un məlumatına görə, bu, Tındadan olan 55 yaşlı Marina Avalyandır.

Sahibkarlıqla məşğul olan Avalyan jurnalistlərə “Nəvəm xəstələndi, getməmək qərarına gəldim, nəvəm məni xilas etdi” deyib.

Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin göyərtəsində Uzaq Şərqdə tanınmış cərrah Leonid Maisel də olub.

Mətbuatda yayılan məlumata görə, 71 yaşlı Maisel həm də onkologiya üzrə ixtisaslaşıb və 48 illik təcrübəyə malik olub. Həkim 1 saylı Xabarovsk vilayət klinik xəstəxanasında işləyib. Onun sonuncu növbəsi bazar günü, iyulun 20-də olub.

Maisel Saxalin vilayətinin Nefteqorsk şəhərində zəlzələnin nəticələrinin aradan qaldırılmasında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif edilib.

Sərnişinlər arasında Tındadan olan həkimlər Aleksey və Qalina Naidenovlar da olub. Qadın 40 ildən çox mama-ginekoloq, onun həyat yoldaşı isə eyni təcrübəyə malik funksional diaqnostika həkimi işləyib. Onların 14 yaşlı nəvəsi də onlarla birlikdə uçurmuş.