Britaniya səfiri Azərbaycana gətiriləcək vaksindən danışdı

“Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda həyatları xilas edəcəkdir”.

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

“Azərbaycanın COVAX vasitəsilə 500 min doz AstraZeneca/Oxford peyvəndi alacağını eşitmək çox xoşdur”, – deyə səfir bildirib.

Qeyd edək ki, Beynəlxalq Peyvənd və İmmunizasiya Alyansı (GAVI) COVAX proqramı çərçivəsində COVID-19 peyvəndi ilə təmin edəcəyi ölkələrin siyahısını açıqlayıb. Siyahıda ölkəmizin də adı qeyd olunub və Azərbaycanın 506 400 doz AstraZeneca/Oxford vaksini alacağı bildirilib.