Məncə hər ikisi olur. Amma xarakterlərdən, dünya görünüşündən, münasibətlərdən də çox asılılıq var.
Bu, uşaqlıqdan başlayır. Zaman keçdikcə onların bəzilərindən ayrılırıq, bəziləri ilə ömürlük bir yerdə oluruq.
Bir yerdə olduğumuz insanlarla seçim hər zaman düzgün olmur. Xarakterlərin bir-birindən asılılığından həyat sindromu dəyişir. Zəiflər ağır xasiyyətlilərdən asılı qalır.
Bu, maddi imkandan da bəzi hallarda asılı olur. Amma həmişə belə deyil. Zəiflik və möhkəmliyin hamısı insani rəmzlərdən asılı olduğuna bağlıdır.
Mən uşaqlıqda qardaşımdan qorxurdum, amma həmişə öz bildiyimi edirdim. Bildiklərimin doğru olduğuna inanırdım. Neçə illər küsülü qalsaq da, indi görürəm ki, o mənim üçün ən güclü, ən doğru, ən saf, ən mehriban, ən səxavətli, ən fədakar, ən müqəddəs şəxsiyyətdir.
Mən indi dərk edirəm ki, cavan vaxtı insanlar hər şeyi görmür, hiss etmir. Yaşlandıqca cavan vaxtı öyrəndiklərini dərk etməyə başlayır. Cavan vaxtı etdiyi səhvlərə peşiman olmağa başlayır. Onların bir çoxunu düzəltmək artıq mümkün olmasa da, ömür imkan versə, bağışlamağı bacarır.
Bütün bunlarda ətrafın təsirinin gücü də öz rolunu oynayır.
Zaman keçdikcə, güclü də olsaq, zəif də olsaq, ətrafımızı da tanımağa başlayırıq.
Bəlkə həyat onları da dəyişir: bilmirəm…
Asılılıq qocalığa qədər çəkirmi? Bunu bilirəm. Bəli, insan öz uşaqlarından və dövlətdən asılı qalır…
Cavan vaxtı bunu düşünmürük. Dövlətin insanları imkanlarına, yaşına, bacarığına görə müvafiq sahələrə cəlb etdiyini dərk etmirik.
Bəli, bizi yığan, müxtəlif sahələrə səpələyən təkcə qəlbimizin gücü deyil, bizi idarə edə bilənlərin də gücüdür.
İstər yanındakı yoldaşın olsun, istər iş rəhbərin, istər övladın, iradən, gücün, bacarığın, biliyin, mənəvi qabiliyyətin sayəsində sən özün ətrafını yığa biləcəksən.
Sənubər Səhər




