Beş əcnəbi diplomat İrandan Azərbaycana təxliyə edildi

Avstriyanın beş diplomatı İrandan Azərbaycana təxliyə edilib.

Onların təxliyəsi Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə həyata keçirilib.

Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Onların arasında Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift də var.