Berlin Film Festivalında bir sıra dəyişikliklərə imza atılıb

0
367

Dünyada tüğyan edən pandemiya ilə əlaqədar olaraq Berlin Film Festivalının təşkilatçıları onu virtual formatda keçirmək qərarına gəliblər.

Bundan başqa ənənəvi olaraq fevral ayında keçirilən film festivalının mart ayının əvvəlinə təxirə salınacağı bildirilir.

O da əlavə edilib ki, 2021-ci ildə keçiriləcək Berlin Film Festivalında aktyorluq mükafatlarında cinsiyyət prinsipi ləğv olunub. İndi ən yaxşı kişi və ya qadın roluna görə mükafat əvəzinə “ən yaxşı baş rola görə Gümüş Ayı” və “ən yaxşı köməkçi rola görə Gümüş ayı” veriləcək.