BDU-nun dosenti vəfat edib – FOTO

0
294

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev vəfat edib.

Bu barədə BDU məlumat yayıb. 

O, 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb.

75 yaşında dünyasını dəyişən Aşur Əliyev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.

Müxtəlif illərdə bir çox beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.