Barselonalı futbolçular məşqdən əvvəl Maradonanın xatirəsini yad ediblər

“Barselona”nın futbolçuları klubun sabiq futbolçusu olmuş əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini məşqə başlamazdən əvvəl bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, D.Maradona 1982-1984-cü illər ərzində Kataloniya klubunun formasını geyinib və “Barselona” ilə  İspaniya kubokunu qazanıb.

Qeyd edək ki, Dieqo Armando Maradona noyabrın 26-da 60 yaşında ürəktutmasından vəfat edib.