Bakının bu rayonlarında torpaq KƏSKİN BAHALAŞDI – QİYMƏT CƏDVƏLİ

Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.

Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”ndən məlumat verilib.

Bildirilib ki, ən böyük artım Səbail və Yasamal rayonlarında qeydə alınıb – 37 faizə yaxın. Nəsimi və Nizami rayonlarında torpaq qiyməti bir il əvvələ nisbətən ¼ dəfə, Nərimanov rayonunda isə 1/5 dəfə qalxıb. Ən zəif bahalaşma Qaradağ rayonunda olub – 7 faizdən biraz çox.

Hazırda Bakıda ən bahalı torpaq sahəsi Səbail rayonundadır – sotu təxminən 442 min manat, ən ucuz torpaq sahəsini isə Pirallahı rayonunda almaq olar – sotu 10 min manata.