Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

0
231

Xəbər verdiyimiz kimi, bu gün türk ordusunun üç hərbi qulluqçusu şəhid olub.

Bununla bağlı Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib.

“Pəncə-İldırım” əməliyyatında xaincəsinə terror hücumu nəticəsində şanlı türk ordusunun üç hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Allah rəhmət eləsin” – deyə, başsağlığında qeyd edilib.