Azərbaycanda futbol matçından öncə qazi və şəhid övladlarına jest – FOTO

0
313

“Qəbələ” klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdiyi cavab görüşündən əvvəl anlamlı jest edib.

Qarşılaşmadan öncə Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.

Hədiyyələri “Qəbələ”nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Əyalət təmsilçisinin hər bir futbolçusu isə meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirə şəkli çəkdiriblər.