Azərbaycanda bankların faiz gəlirləri: Lider hansı BANKDIR? – SİYAHI

Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirlərinin məbləği açıqlanıb.

Məlumata görə, faiz gəlirlərinin məbləği ən yüksək olan bank “Kapital Bank” olub. Bankın faiz gəlirlərinin məbləği 1,180 milyard manat təşkil edib.

İkinci sırada 1,096 milyard manat faiz gəlirləri ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 542,055 milyon manat faiz gəlirləri ilə “PAŞA Bank” qərarlaşıb.

Faiz gəlirlərinin həcmi ən az olan bank isə “Bank Melli İran” bankının Bakı filialı olub. Bankın faiz gəlirlərinin həcmi 5,667 milyon manat təşkil edib./Trend.az

BanklarBankın faiz gəlirləri(milyon manat)
1Kapital Bank1 180,081
2International Bank of Azerbaijan1 095,602
3PASHA Bank542,055
4Bank Respublika299,579
5Access Bank256,176
6Unibank251,233
7Xalq Bank228,641
8Yelo Bank180,422
9Bank of Baku177,272
10Rabitabank137,586
11Azer-Turk Bank126,760
12Turan Bank102,642
13Ziraat Bank Azerbaijan84,431
14Express Bank82,727
15Yapi Credi Bank Azerbaijan53,006
16Bank VTB Azerbaijan40,446
17Azerbaijan Industry Bank39,840
18Premium Bank36,984
19Bank BTB32,675
20AFB Bank26,096
21Bank Eurasia16,516
22Bank Melli Iran-Baku5,667