Azərbaycan XİN rəhbəri Brüsselə getdi – FOTO

0
302

Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yollanıb.

Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, XİN rəhbəri Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək üçün Brüsselə gedib.

Səfər çərçivəsində Avropa İttifaqı və Belçika Krallığı rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi gözlənilir.