Azərbaycan XİN-dən Yunanıstana dəstək

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ərazisində baş verən zəlzələyə görə Yunanıstana dəstəyini nümayiş etdirib.

“Yunanıstanın mərkəzi hissəsində baş verən güclü zəlzələ ilə bağlı olaraq Yunanıstan Respublikasına həmrəyliyimizi bildiririk”, – deyə nazirliyin “Twitter” hesabında qeyd edilir.

Yunanıstan XİN göstərdiyi həmrəyliyə görə Azərbaycana minnətdarlıq ünvanlayıb.