Avropa həmin sazişi bu həftə imzalayacaq

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen MERCOSUR sazişini yanvarın 17-də imzalayacaq.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

MERCOSUR ölkələri – Braziliya, Argentina, Uruqvay və Paraqvay ilə azad ticarət sazişinə dair danışıqları 1999-cu ildə başlayıb. 700 milyondan çox əhalini əhatə edən bu saziş dünyada ən böyük azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.